Diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.