Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Diplomatik xidmət orqanı əməkdaşları hansı intizam məsuliyyətlərinə cəlb edilə bilərlər?
Diplomatik xidmət orqanı əməkdaşları bu Qanunun 7-ci maddəsi ilə müəyyən olunmuş vəzifələri layiqincə yerinə yetirmədikdə və bu Qanunun 9-cu maddəsi ilə müəyyən olunmuş məhdudiyyətlərə riayət etmədikdə, habelə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (həmin əməllər inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onların barəsində intizam tənbehi tədbirləri tətbiq oluna bilər.
President.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Diplomatik xidmət haqqında qanun"da əksini tapıb.
Sənədə əsasən, həmin intizam tənbehi tədbirləri aşağıdakılardır:
1. töhmət;
2. sonuncu xəbərdarlıqla şiddətli töhmət;
3. bir pillə aşağı diplomatik vəzifəyə keçirmə;
4. diplomatik rütbəni bir pillə aşağı salma;
5. diplomatik xidmət orqanlarından xaric etmə;
6. diplomatik rütbədən məhrum edilməklə diplomatik xidmət orqanlarından xaric etmə.
Bu Qanunun 11.1-ci maddəsi ilə müəyyən olunmuş intizam tənbehi tədbirlərindən hər hansı biri tətbiq olunmadan, diplomatik xidmət orqanı əməkdaşına şifahi və ya yazılı xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi tədbiri sayılmır.
Qanunun 11.1.1-ci və 11.1.2-ci maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirləri verildiyi gündən altı ay müddətində qüvvədə olur.
Bu Qanunun 11.1.3-cü maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşı altı ay müddətində əvvəlki vəzifəsinə bərpa edilə və ya digər yuxarı vəzifəyə keçirilə bilməz. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik vəzifə tutan diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz.
Qanunun 11.1.4-cü maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri tətbiq edildikdə, diplomatik xidmət əməkdaşının aşağı salınmış diplomatik rütbədə xidmət müddəti intizam tənbehi tətbiq edilməsi barədə əmrin verildiyi tarixdən hesablanır. Bu intizam tənbehi tədbiri təqvim ili ərzində yalnız bir dəfə tətbiq oluna bilər, eləcə də ən aşağı diplomatik rütbəyə malik diplomatik xidmət əməkdaşları barəsində tətbiq edilə bilməz.
Bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri diplomatik xidmət orqanı əməkdaşı tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan vəzifələr mütəmadi yerinə yetirilmədikdə və ya bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə əməl edilmədikdə tətbiq edilə bilər.
Qanunun 11.1.6-cı maddəsində nəzərdə tutulan intizam tənbehi tədbiri bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan məhdudiyyətlərə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən əməl edilməməsi Azərbaycan Respublikasının və ya diplomatik xidmət orqanlarının nüfuzuna xələl gətirdikdə tətbiq edilə bilər.
Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda diplomatik xidmət orqanı əməkdaşına verilmiş intizam tənbehi tədbiri vaxtından əvvəl götürülə bilər.
Bu Qanunun 11.1-ci maddəsinin birinci abzasına uyğun olaraq intizam tənbehi tədbirinin tətbiqinə əsas olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbərinin göstərişi ilə araşdırma aparılır. Araşdırmanın nəticəsi üzrə zərurət yarandıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri xidməti yoxlama təyin edir. Araşdırma və ya xidməti yoxlama aparılarkən diplomatik xidmət orqanı əməkdaşının yazılı izahatı alınır. Diplomatik xidmət orqanının əməkdaşı yazılı izahat verməkdən imtina etdikdə bu hal rəsmiləşdirilir və intizam tənbehi tədbirinin tətbiqinə mane olmur.
Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri bu Qanunun 11.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan əsaslar aşkar edildiyi gündən altmış gün keçənədək tətbiq edilə bilər. Diplomatik xidmət orqanı əməkdaşının məzuniyyətdə və ya ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində araşdırma, xidməti yoxlama və ya cinayət təqibinin həyata keçirildiyi dövr həmin müddətə daxil edilmir.
İntizam məsuliyyətinə səbəb olan əməllərin törədildiyi gündən 6 (altı) ay keçdikdən sonra diplomatik xidmət orqanı əməkdaşına intizam tənbehi tədbiri tətbiq edilə bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirildiyi və cinayət təqibinin həyata keçirildiyi dövr bu müddətə daxil edilmir.
Diplomatik xidmət orqanının əməkdaşı barəsində intizam tənbehi tədbiri tətbiq edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən əməlin xarakteri, törədilmə şəraiti, təkrarlığı və digər hallar nəzərə alınır.
Diplomatik xidmət orqanı əməkdaşları barəsində intizam tənbehi tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri bu Qanunun 11.1.3-11.1.6-cı maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirlərini vəzifəyə təyin etdiyi və ya rütbə verdiyi diplomatik xidmət orqanı əməkdaşları barəsində tətbiq edir.
Diplomatik xidmət orqanının əməkdaşı barəsində tətbiq olunan intizam tənbehi tədbiri ilə razılaşmadıqda inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.
Qüvvədə olan intizam tənbehi tədbiri qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında və ya bu Qanunun 11.1.5-ci və 11.1.6-cı maddələrində nəzərdə tutulan intizam tənbehi tədbirləri istisna olmaqla, həvəsləndirmə qaydasında ləğv edilə bilər.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev İran İslam Şurası Məclisinin sədrini qəbul edib
- Ağdamda "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi yaradılır - SƏRƏNCAM
- İlham Əliyevdən Artur Rasi‑zadə ilə bağlı SƏRƏNCAM
- İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib
- Prezident İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib