Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Neymar uzun müddətdən sonra qol vurdu
Braziliyalı hücumçu Neymar "Santos"a qayıtdıqdan sonra ilk qolunu vurub.
Oxu.Az xəbər verir ki, onun komandası "Aqua Santa" ilə qarşılaşıb. Neymar isə sözügedən matçın 14-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı açıb.
Görüş "Santos"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2009-2013-cü illərdə bu klubun əsas komandasında çıxış edib. O, daha sonra "Barselona", PSJ və "Əl-Hilal"da oynayıb. Futbolçu bu qış "Santos"a qayıdıb.
Neymar uzun müddətdən sonra qol vurdu
"Neymar" teqi üzrə xəbərlər
- Braziliya millisinin iki əsas oyunçusu yığmadan kənarda qaldı: Kapitan - gecə əyləncəsinə görə
- "Bavariya" klubundan gözlənilməz addım - Neymarla danışıqlara başlanıb
- "Barselona"nın ulduzu UEFA Çempionlar Liqasında ən çox qol vuran braziliyalı oldu
- Neymar Braziliya yığmasına qayıdır
- "Barselona" Neymarın qarşısına şərt qoyub
Ən çox oxunanlar