Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq
Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu, Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.
Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib.
Məlum olub ki, oğurlanan əşyalar arasında çox sayda bahalı qol saatı, tarixi əhəmiyyətli əşya və çoxillik içki olub. Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində "Roberto Cavalli" markalı xəz gödəkcə, 7 min manatlıq "Francesco Scognaniglio" markalı, 14 000 manat dəyərində "Etro Milano" markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli "Sobol" markalı, 11 000 manat dəyərində "Thes Thes" markalı, 2800 manat dəyərində "Pajaro" markalı, 5500 manat dəyərində "Thes irevelle" markalı, 6200 manat dəyərində "Albeno Fercci" markalı, 1850 manat dəyərində "Adoma" markalı gödəkcələrin oğurlanması da məlum olub.
Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) və 183-cü (xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadratmetrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi gözətçi Üzeyirə verərək gedibmiş.
Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı
- Bakıda silsilə oğurluq edən şəxslər ƏLƏ KEÇDİLƏR