Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Donald Tramp: "ABŞ öz qoşunlarını Qəzzaya göndərməyə hazırdır"
"Birləşmiş Ştatlar Qəzza zolağını tutmağa və eksklavın təmizlənməsinə başlamağa hazırdır".
Oxu.Az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra mətbuat konfransında deyib.
D.Tramp vurğulayıb ki, ABŞ Qəzza sektoruna sahib olandan sonra bütün təhlükəli partlamamış bombaları və digər silahların zərərsizləşdirilməsinə şəxsən cavabdehlik daşıyacaq.
Birləşmiş Ştatlar prezidenti həmçinin Qəzza zolağında təhlükəsizliyi qorumağa kömək etmək üçün ABŞ hərbçilərinin həmin əraziyə göndərilməsini də istisna etməyib.
ABŞ prezidentinin sözlərinə görə, 2 milyondan çox insanın yaşadığı və uzun müddət müharibədən əziyyət çəkən Qəzza sektoru nəhayət ki, təkcə fələstinlilərin deyil, həm də dünyanın hər yerindən insanların məskunlaşa biləcəyi "Yaxın Şərqin Riveyrası"na çevrilə bilər.
D.Tramp vaxtı dəqiqləşdirməsə də, Qəzza zolağına, İsrailə və Səudiyyə Ərəbistanına səfər ehtimalının olduğunu da əlavə edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Ukraynada ağır döyüşlər: Ölkəyə hava hücumlarının nəticələri barədə AÇIQLAMA
- Tramp Putinin ona qarşı hörmətsizliyi ilə bağlı deyilənlərə sərt cavab verdi
- Britaniya Kiyevi ABŞ ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara hazırlayır
- "Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib
- Tramp Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini niyə bərpa edib?