Azərbaycan Prezidenti İlham Əliyev Mahmud Yusif oğlu Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, M.Nəbiyevə Azərbaycan prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə fəxri ad verilib.
M.Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.
T.T.