ABŞ dövlət departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin müavini Viktoriya Nuland Azərbaycan və Ermənistan prezidentlərini cəsur olmağa və müzakirələrə yaradıcı şəkildə yanaşmağa çağırıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, xarici KİV-in yaydığı məlumata görə, V.Nuland Atlantika Şurasında çıxışı zamanı iki ölkə prezidentlərinin noyabrın sonuna planlaşdırılan görüşlərini müsbət dəyərləndirib.
“Fikrimcə, prezidentlər münaqişənin hərtərəfli həlli barədə müzakirə aparmaq gücündədirlər və biz onları cəsur olmağa və müzakirələrə yaradıcı yanaşmağa çağırırıq”.
Böyük dövlətlərin də münaqişədə iştirak etməsinə dair sualı cavablandırarkən isə V.Nuland Yerevan və Bakının sülh üçün güclü istəklərinin olacağı halda heç bir böyük dövlətin buna mane ola bilməyəcəyini deyib.