Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət Komissiyası: “Edillidəki kütləvi məzarlığın altında başqa insan qalıqları da ola bilər” - FOTO/VİDEO
“Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlığın altında Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş digər insanların da qalıqlarının ola biləcəyi ehtimal edilir”.
Bunu “Report”a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılov deyib.
Onun sözlərinə görə, hazırda aşkar edilən qalıqlar ümumi məzarlıqdan çıxarıldıqdan sonra qazıntılar davam etdiriləcək.
“Özü də təkcə bu kütləvi məzarlığın ərazisində deyil, bütün Xocavənd rayonunda. Bu işlər işğaldan azad edilmiş digər ərazilər də minalardan təmizləndikcə davam etdiriləcək”, - Z.İsmayılov bildirib.
O vurğulayıb ki, Azərbaycan hərbçilərinə aid olduğu güman edilən 12 nəfərin tapılan qalıqları şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya veriləcək, sonra isə yaxınlarına təhvil veriləcək.
“Lakin həmin şəxslərin vəfatından 30 ilə yaxın vaxt keçdiyini nəzərə alsaq, bu iş ləngiyə bilər”, - Z.İsmayılov qeyd edib.
Photostock.az ərazidən görüntülər lentə alıb:
Daha çox foto burada: Photostock.az
"Qarabağ" teqi üzrə xəbərlər
- Qarabağ xanlığının şərq qapısı - Əsgəran qalasından görüntülər
- Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024-də əldə edilən uğurlar
- DİN vətəndaşlara müraciət ÜNVANLADI
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Paşinyan: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması"