Dövlət xidmətləri süni intellekt (Sİ) əsaslı təşkil ediləcək.
Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.
Sənədə qeyd olunub ki, Sİ-nin tətbiq ediləcəyi azı 10 sosial və biznes "həyat hadisəsi" üzrə dövlət xidməti müəyyən ediləcək.
Sİ əsaslı dövlət xidmətlərinin göstərilməsi üçün optimallaşdırılmış proseslər üzrə tədbirlər planının hazırlanması və azı 5 dövlət xidmətinin pilot rejimdə göstərilməsi sənəddə qeyd olunub.
Həmçinin xidmətlərin Sİ əsaslı göstərilməsi və vətəndaş məmnuniyyəti indeksinin rüblük əsasda ölçülməsi nəzərdə tutulub.
Məlik Məlikov