Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsi çox mühüm hadisədir.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı filosof Aleksandr Duqin forum haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın dünya inkişaf tendensiyasını izləməklə qalmadığının, həm də onda aktiv şəkildə iştirak etdiyinin göstəricisidir:
“Azərbaycan prezidenti İlham Əliyevin forumun açılışında etdiyi çıxışı çox bəyəndim. O, çıxışında bəşəriyyətin müasir humanitar inkişafında Azərbaycanın tutduğu yeri olduqca düzgün vurğuladı – müstəqil, suveren, inkişaf edən”.
Duqin bildirib ki, İlham Əliyev çıxışı zamanı forum tarixində iz qoyacaq bir ideya səsləndirdi.
“O dedi ki, Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq.
Bu, çox dəyərli fikirlərdir. Multikultural dialoqların milləti, dini, irsi yoxdur. Biz bütün millətlərin dəyərlərinə hörmət etməliyik. İlham Əliyev bunu altından xətt çəkərək qeyd etdi və Azərbaycan cəmiyyətinin bu sahədə qazandığı uğurları sadaladı. Bu bəşəriyyətin mövcudluğunu qoruyan əsas dəyərlərdən biri, bəlkə də, birincisidir”.