Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əcnəbilər üçün iş icazəsini elektron üsulla əldə etmək mümkün olacaq
Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin bu icazəni elektron üsulla əldə etməsi imkanı təmin olunur.
Həmçinin, iş icazəsinin müddətinin uzadılmasına görə dövlət rüsumu ödənildikdən sonra işəgötürənin müddəti uzadılmış iş icazəsini elektron üsulla əldə etmək imkanı təmin olunur.
Bu qanunun qüvvəyə mindiyi günədək verilmiş (müddəti uzadılmış) iş icazələri onlarda göstərilmiş müddət bitənədək öz hüquqi qüvvəsini saxlayır. Bu iş icazələri itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə, habelə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə elektron qaydada tərtib olunur, işəgötürənin onu elektron üsulla əldə etməsi imkanı təmin olunur və bu zaman dövlət rüsumunun ödənilməsi tələb olunmur.
Qanun 2024-cü il noyabrın 1-dən qüvvəyə minib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Xankəndidə "Bulud" hotelin açılışında iştirak edib
- Azərbaycan Prezidenti sosial şəbəkə hesabında Ağdama səfərindən görüntülər paylaşıb
- İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub
- İlham Əliyev Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
- Prezident Ağdamda körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub