Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prezident: "Siyasi çəkimizin böyük olması, xalq-iqtidar birliyi bizi Qələbəyə doğru aparırdı"
"Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi".
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində bildirib.
"Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik", - deyən dövlətimizin başçısı, həmçinin qeyd edib:
"İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir".

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib
- İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib