Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əgər Ərdoğan və Putin razılığa gəlməsə... – RUSİYADAN BAXIŞ
Rusiya və Türkiyə arasında yüksək səviyyədə görüşlərin sayı son illər misilsiz dərəcədə artıb. Və bu, başqa üsulla həll edilməyən problemlərin olduğunu göstərir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, belə hallarla Moskva və Ankaraya təzyiq edirlər və tərəflər dialoq vasitəsilə mümkün qədər onlardan azad olmağa çalışırlar.
Ekspert hesab edir ki, buna görə Rusiya və Türkiyə liderləri arasında görüşlər 2007-2013-cü illər dövrünə nisbətən 2014-2018-ci illərdə artıb.
“Ümid edirik ki, qarşıdakı görüşdə bu problemlərin bəziləri həll ediləcək. Əsasən, İdlib və ümumilikdə Suriyadakı vəziyyətlə bağlı problem müzakirə ediləcək”, - müsahibimiz bildirib.
Trofimçuk deyib ki, Türkiyə taktiki cəhətdən Rusiya ilə, strateji cəhətdən isə NATO və ABŞ-la hərbi-siyasi ittifaqa olduğu üçün məsələlərin həllində çətinlik çəkir.
“Ankara üçün bu çətin vəziyyətdən itki vermədən çıxmaq böyük uğur olacaq. Əgər Moskva və Ankara Soçi görüşündə razılığa gəlməsə, onların Suriya müharibəsi çərçivəsindəki uzunmüddətli səyləri aktlaşdırıla bilər. Unutmayaq ki, sentyabrın sonunda rusiyalı hərbçilərin Suriyaya daxil olmasından üç il keçir. Bu, az müddət deyil”, - Trofimçuk qeyd edib.
Xatırladaq ki, bu gün Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşü keçiriləcək.
Ə.Ş.
www.oxu.az