Deputat Elçin Mirzəbəyli uzun illərdən bəri üzv olduğu Ədalət, Hüquq, Demokratiya Partiyasından xaric edilib.
Bu barədə Partiyanın Rəyasət Heyətində qərar qəbul olunub.
Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev xəbəri təsdiqləyib. "Elçin Mirzəbəylinin müstəqil şəkildə siyasi analitika ilə məşğul olmaq istəyini nəzərə alaraq onu partiyadan xaric etdik", - deyə Q.Həsənquliyev qeyd edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.
Onun müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq, belə bir qərar qəbul olunub.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, ƏHD Partiyası parlamentdə iki deputatla təmsil olunur. Onlar partiyanın sədri Qüdrət Həsənquliyev və Elçin Mirzəbəylidir.
Elçin Mirzəbəylinin partiyadan çıxarılması barədə parlamentə rəsmi məlumat verildikdən sonra ƏHD-nin deputatlarının sayı birə enəcək.