Azərbaycanın Türkiyəni dəstəkləməsi Bakı ilə Moskvanın münasibətlərinə mənfi təsir edə bilər.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Qafqaz üzrə ekspert Andrey Yepiufansev belə hesab edir.
Daha öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib ki, hazırda ölkənin Suriyada terror əleyhinə islam koalisiyasında iştirakı məsələsi müzakirə səviyyəsindədir.
“Əgər Azərbaycan Türkiyənin sözü ilə gedərsə və güclü türkyönümlü mövqe tutarsa, bu, onun həm Rusiya, həm də Qərb ilə münasibətləri üçün təhlükəli olacaq. Mahiyyət etibarı ilə Azərbaycan elə bir vəziyyətə daxil olmaq məcburiyyətində qalacaq ki, bu halda Türkiyənin maraqları Azərbaycan üçün öz maraqlarından daha faydalı olacaq”, - “Rusiya bu gün” Beynəlxalq informasiya agentliyinin təşkil etdiyi “Suriyada vəziyyətin inkişafı: “Böyük Qafqaz” regionu üçün risklər. Türkiyə nəyə nail olmaq istəyir?” adlı dəyirmi masanın gedişatında bildirib.
Ekspertin sözlərinə görə, “Rusiya üçün bu, Azərbaycanı itirmək deməkdir, belə ki, burada (Rusiyanın) rekasiya çox kəskin olacaq. Bu, məsələn azərbaycanlı qastarbayterlərə qarşı reaksiya praktiki müstəviyə keçə bilər”.
Yepifansev qeyd edib ki, Azərbaycanın bu məsələ üzrə mövqeyi neytral olacaq.