Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib.
Oxu.Az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Xatırladaq ki, diplomatik münasibətlər qurulana qədər Pakistan dünyada Ermənistanı dövlət kimi tanımayan yeganə ölkə olub.
Qaynar xətt:
(055) 224 12 12