Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Elçin Əmirbəyov: "İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir"
"İlin sonuna qədər 20 min məcburi köçkünün doğma torpaqlarına qayıtması gözlənilir".
Oxu.Az xəbər verir ki, bu sözləri "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O, qeyd edib ki, insanlar təhlükəsiz, yaşıl mühitdə yaşamalıdırlar:
"Bu, çox vacib bir fəaliyyətdir. Ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yeni nəqliyyat şəbəkəsi qurulub. Bunlar hamısı vacibdir. İlin sonuna qədər 20 min məcburi köçkün yurdlarına köçürüləcək. Ümumilikdə doqquz şəhər yenidən qurulacaq. Bunun üçün 2021-ci ildən bu yana 7 milyard dollar yatırılıb".
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid