Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Elçin Əmirbəyov “The Guardian”ın səhvlərini düzəltdi
2023-cü il dekabrın 27-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Britaniyanın “The Guardian” qəzetinə müsahibə verib.
Materialın müəllifi məqalədə bəzi səhvlərə yol verib.
Lakin 2024-cü il yanvarın 6-da Elçin Əmirbəyov həmin məqaləyə düzəlişlərin edilməsini təmin edib.
Məqalədə Elçin Əmirbəyovun vəzifəsi təhrif olunaraq, “Azərbaycan Prezidenti yanında xüsusi səfir” kimi təqdim edilmişdi.
Bundan əlavə, əvvəlki versiyada deyilirdi ki, “Azərbaycan Qarabağda evlərindən qovulmuş azərbaycanlıların hüquqlarının tanınmasında israrlıdır”, amma əslində, söhbət Ermənistandakı evlərindən qovulmuş azərbaycanlılardan gedirdi.
"Elçin Əmirbəyov" teqi üzrə xəbərlər
- Elçin Əmirbəyovdan Ermənistana xəbərdarlıq: "Bu sülh fürsəti əbədi olmayacaq"
- Elçin Əmirbəyov: "Ermənistan konstitusiyasında dəyişiklik etməlidir"
- Elçin Əmirbəyov: "Top Ermənistanın tərəfindədir"
- Elçin Əmirbəyov Braziliyada mühüm görüşlər keçirib
- Elçin Əmirbəyov Braziliyanın yüksəkvəzifəli şəxsləri ilə görüşüb