Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əli Məsimli: "İstilik və su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur"
"İstilik, su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur. Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq".
Oxu.Az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qaz təhizatı haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat nitqinə suallarla davam edib:
"Hansı ölkələrdə istiliklə, qazla bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda, təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur.
Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə "Azərsu", "Azəriqaz"ın xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?"
"Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, varsa da, istifadə etməyib qazı saxlayırlar və oduna keçirlər. Odun da baha olduğundan, həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən. Burada heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə, gəlirlərimiz də azalacaq, həmin monopoliyaçılara dövlət vəsaiti dəstək verə bilməyəcək. Ona görə də onlara ayrılan yüklərin bir hissəsi xalqın üzərinə yüklənir. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getmək və həyata keçirməklə çox eybəcərləşdirilmiş idarəetmə sistemini təkmilləşdirmək və sonra isə xərclərin azaldılmasına nail olmaqdır", - deyə deputat əlavə edib.

Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Suriya rəhbərinin Azərbaycana səfəri, əməkdaşlıq təklifləri İrana qarşı deyil"
- İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar
- Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb
- Tamam Cəfərova: "Azərbaycan mediası beynəlxalq informasiya məkanında da rəqabət gücünə malikdir"
- Torpaq Məcəlləsində və "Balıqçılıq haqqında" qanunlara təklif edilən dəyişikliklər təsdiq edildi