Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin şərəfinə ziyafət verilib.
Bu barədə Oxu.Az dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

15:31
Avqustun 7-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.




13:47
Avqustun 7-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

12:34
Azərbaycanda səfərdə olan İran Prezidenti Həsən Rühani İlə İlham Əliyev arasında görüş keçirilib.
Bu barədə məlumat Oxu.Az-a dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, avqustun 7-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.
