Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcək, həmçinin dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.
ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
S.B.
www.oxu.az