Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xİn-i Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, danışıqlar zamanı Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.
Azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.
Bir sıra məzmunlu məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb