Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib.
XIN-dən Oxu.Az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı, BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşülər nəzərdə tutulub.