Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Elnur Allahverdiyev: Yasamalı daha gözəl günlər gözləyir - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev “Facebook” səhifəsində təşviqat kampaniyası ilə bağlı daha bir paylaşım edib.
O qeyd edib ki, Yasamal infrastruktur yenilənməsi, abadlıq, yolların təmiri, əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması istiqamətində görülən işlər baxımından Bakının ən genişmiqyaslı dəyişikliklərin baş verdiyi rayonudur:
“Yasamalın siması ən çox 17 saylı üçüncü seçki dairəsinin hüdudlarına daxil olan ərazidə yenilənib. Seçicilərimizlə açıq havada məhz bu dəyişikliklər və görüləcək işlər barədə müzakirə apardıq. Yasamalı daha da gözəl günlər gözləyir!”
"Bakı" teqi üzrə xəbərlər
- Bakının hansı küçələrində sıxlıq var? - 26.02.2025
- Manuela Traldi: "Azərbaycanın biznesə yanaşması beynəlxalq səviyyədə tanınmağa layiqdir"
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakının hansı küçələrində sıxlıq var? - 25.02.2025
- Paytaxtın bəzi yollarında baş verən qəzalara görə sıxlıq yaranıb - SİYAHI