Bu gün Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasında iştirak edib.
Bu barədə Oxu.Az-a Emin Hacıyev açıqlama verib.
Millət vəkili assambleyanın iclasında çıxış edərək ölkəmizin gənclər siyasəti, gənclərin ekoloji maariflənməsi haqqında məlumat verib.
Deputat həmçinin, bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti hörmətli Leyla Əliyevanın təsis etdiyi IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələr haqqında da danışıb.
Tədbir zamanı Emin Hacıyev uzun illər işğal altında olan torpaqlarımızda Ermənistanın həyata keçirdiyi ekoloji terror, eyni zamanda, təbii resurslar - çaylar vasitəsilə uşaq oyuncaqlarının içinə yerləşdirilmiş partlayıcı maddələr vasitəsilə sui-qəsd və sui-qəsdə cəhdlər haqqında söhbət açıb.
Ermənistan nümayəndəsinin etirazlarını tutarlı faktlarla cavablandıran E.Hacıyev İrəvanın uydurma fikirlərinin yayılmasına imkan verməyib.
Bu gün Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-...