Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə prezidentini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.