Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edərək, Rusiya səfirinin vurulması barədə məlumat verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözçüsü İbrahim Kalın qeyd edib.
Qeyd edək ki, bir neçə saat öncə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qatıldığı bir sərgidə silahlı hücuma məruz qalıb və güllələnmiş səfir xəstəxanada ölüb.
A.M.