Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.
A.S.
www.oxu.az