Türkiyənin Ankara şəhərində Polis Akademiyasında “məzun günü” keçirilib. Tədbirdə məzun olanlar arasında Azərbaycan polisləri də olublar.
Mərasimdə Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Akademiya üzrə göstəricilərinə görə birinci olan azərbaycanlı polis Sərxan Oruclunu R.T.Ərdoğan təltif edib.
Təltifetmə zamanı Ərdoğanla S.Oruclu arasında maraqlı dialoq yaşanıb:
T.Ərdoğan: “Nə vaxt ölkənə qayıdacaqsan?”
S.Oruclu: “Ayın 29-da gedəcəyəm”.
T. Ərdoğan: “Qardaşım İlham Əliyevə (Azərbaycan Respublikasının Prezidenti) salam söylə”.
S.Oruclu: “Oldu”.
T. Ərdoğan: “Söz verirsənmi, salam söyləyəcəksən?”
S.Oruclu: “Söz verirəm, sağ olun”.
View this post on Instagram
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı
- Ərdoğan və Qətər əmiri mühüm sazişə imza atdılar
- Ərdoğanla Paşinyan ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər - Video
- Paşinyan COP31-də Azərbaycan mahnısı ilə qarşılandı - Video
- Ərdoğanın fon der Lyayeni salamlaması gündəm oldu: "Good morning, maşallah" - Video
Digər xəbərlər
