Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Erməni deputat: Müstəqilliyimiz formaldır
Ermənistanın süverenliyinin ildönümü ərəfəsində erməni deputat bu ölkənin müstəqilliyi barədə əsl həqiqəti söyləyib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, parlamentin “Respublikaçılar” fraksiyasının üzvü Artaşes Gegamyan Ermənistanın müstəqilliyinin formal xarakter daşıdığını bildirib.
Onun sözlərinə görə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT ) və Ümumdünya Ticarət Təşkilatına ( ÜTT) qatılmaqla siyasi və istisadi suverenliyini itirib.
Artaşes Gegamyan Ermənistanın iqtisadi potensialının zəifliyinə diqqət yetirərək, ÜTT və Gömrük İttifaqına daxil olmağın ölkəyə xeyirdən çox, zərər verdiyini deyib. Millət vəkili fikrini belə izah edib ki, azad iqtisadi bazar Ermənistan iqtisadiyyatının istehsal sahəsinin inkişafını məhdudlaşdırır.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Starlink"in sürətli internet xidməti Ermənistanda aktiv edildi
- Dəmir çömçə - Erməni millətçiliyinin simvolu
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"