Bakı və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər.
Məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.