Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Ermənilər insanları kütləvi şəkildə basdırdığından meyit qalıqlarını müasir cihazlarla aşkarlamaq olmur”
“Ermənilər qətlə yetirilməsi ehtimal olunan və itkin düşmüş sayılan şəxsləri ümumbəşəri, dini və insanlıq qaydalarına uyğun olmadan, yəni qəbir qazılmadan və s. hallara riayət edilmədən quyu qazılmaqla kütləvi şəkildə basdırdığından meyit qalıqlarının müasir cihazlarla aşkarlanması effekt vermir”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində müasir cihazlarla axtarış müsbət nəticə verməyib:
“Bunun əsas səbəbi insan meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq birbaşa basdırılmasına görədir. Adətən, kütləvi məzarlıqlar əsirlikdən qayıtmış ayrı-ayrı şəxslərin ifadələri və əyani şəkildə göstərdikləri ərazilərdə tapılır”.
"Füzuli" teqi üzrə xəbərlər
- Füzuli peşə məktəbinin həbsdə olan sabiq direktoru azadlığa buraxıldı
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu