Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənilər işğal olunmuş rayonları qaytarmağa razılıq verdilər – KİV
Türkiyə Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə kömək edə biləcək ölkə hesab etdiyi İsveçrəyə müraciət edib və beləliklə də, Ankara ilə İrəvan arasında münasibətlərin bərpası üçün yol açıb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Türkiyənin nüfuzlu Todays Zaman qəzeti diplomatik mənbələrə istinadən yazır ki, oktyabrın ortalarında İsveçrəyə səfəri zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isveçrəli rəsmi şəxslərə Ermənistanla münasibətlərin normallaşmasına hazır olduqlarını bildirib. Bu zaman türkiyəli nazir vurğulayıb ki, İrəvan əvvəlcə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmalıdır.
Davudoğlunun rəyinə görə, İsveçrə İrəvanı işğal olunmuş torpaqları qaytarmağa inandıra bilsə, Ankara Ermənistanla sərhədləri açacaq (Türkiyə 1993-cü ildə, Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalından dərhal sonra bu ölkə ilə sərhədləri bağlayıb). Qəzetin məlumatına görə, isveçrəli məmurlar Davudoğlunun təklifinə müsbət reaksiya göstəriblər.
Səfər zamanı Davudoğlu həmçinin qeyd edib ki, Ermənistanla münasibətlər Türkiyə üçün böyük əhəmiyyət kəsb edir və Türkiyənin yaxın vaxtlarda öz qonşusu ilə münasibətlərin normallaşdırılması istiqamətində işləri davam etdirəcəyinə işarə vurub.
Türkiyə XİN-dəki mənbələrin sözlərinə görə, Türkiyə 2015-ci ilədək, yəni 1915-ci ildə törədildiyi deyilən “qondarma” erməni soyqırımının 100 illiyinədək Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.
Qəzet xatırladır ki, Türkiyə və Ermənistan 2009-cu ildə Sürix protokollarını imzalayarkən artıq yol xəritəsini hazırlamışdılar, lakin sonradan Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda hər hansı bir nəticə əldə edə bilməməsi səbəbindən (bu, protokolların həyata keçirilməsi şərtlərindən biri idi) işlər alınmadı.
“Bu vəziyyət Ermənistanla daha sıx münasibətləri olan Türkiyəyə mənfi təsir göstərir” – deyə, qəzet qeyd edir.
Qəzet yazır ki, Ermənistan Dağlıq Qarabağdan başqa Azərbaycanın bu regionuna bitişik daha 7 rayonunu işğal altında saxlayır” – deyə, qəzet İsveçrə tərəfinə müraciət edən türkiyəli XİN rəhbərinin sözlərindən sitat gətirir.
Diqqətəlayiq hal isə yazıda adı çəkilməyən “yüksək vəzifəli türk məmurun” şərhləridir.
Onun sözlərinə görə, “Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağa görə deyil, qonşu rayonların işğalına görə bağlayıb”.
Qəzetin mənbəsinin sözlərinə görə, İrəvan ən azı 7 rayondan beşini azad edərsə, Azərbaycan Türkiyənin Ermənistanla sərhədləri açmasına etiraz etməyəcəyini bildirib.
“İrəvan da həmçinin beş rayonu tərk etməyə hazır olduğunu bəyan edib” – deyə, qəzetin mənbəyi bildirib.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?