Xankəndi hava limanı 15 gündən uçuşa hazır olacaq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanın “Aykakan Jamanak” qəzetinin yaydığı məlumata görə, bu barədə məlumatı qondarma rejimin “mülki aviasiya üzrə baş idarəsinin” rəisi Dmitri Adabaşyan verib.
Onun sözlərinə görə Xankəndi aeroportu üçün alınmış təyyarələr 15 gündən sonra istənilən uçuşu həyata keçirmək üçün texniki baxımdan hazır olacaq.
Hava limanının təyyarələri qəbul etməyə hazır olduğunu bildirən Adabaşyan qəzet əməkdaşının uçuşların nə vaxt başlayacağı sulaını cavabsız qoyub. O yalnız məsələnin texniki tərəfi ilə məşğul olduğunu bildirib.