Azərbaycan vətəndaşlarına sovet banklarında batmış əmanətlər görə ödənişlərin verilməsinə başlanan gündən 2013-cü il sentyabrın 1-dək 1.620.809 hesab üzrə 596.908.486,06 manat qaytarılıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edək ki, “Kapital Bank” ASC-də 01.01.1992-ci il tarixinədək qalığı olan əmanət hesabların sayı 2.400.000 təşkil edib.
Maliyyə Nazirliyinin verdiyi məlumata görə, fərdi birdəfəlik ödəmələrin verilməsi üçün “Kapital Bank”ın nəzdində 143 məntəqə yaradılıb.
Bu məntəqələrin 65-i Bakı şəhərində, 7-si Naxçıvan Muxtar Respublikasında, qalan 71-i isə ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərir.
Eyni zamanda, problemli əmanətlər üzrə Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncədə və Sumqayıtda 6 xüsusi məntəqə yaradılıb.