Xankəndi hava limanının işə salınması yenidən gündəmə gətirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağ separatçı rejiminin “baş naziri” Ara Arutunyan bildirib.
“Siz bilirsiniz ki, biz hava limanının açılışını hələ ötən il etməyi planlaşdırırdıq. Ancaq texniki də daxil olmaqla bir sıra problemlər planımızı həyata keçirməyə mane oldu. Bizim birtərəfli uçuşlar həyata keçirmək imkanımız var. Bu realdır. Aeportun istifadəyə verilməsi ən son mərhələdədir”, - deyə "baş nazir" bildirib.
Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ermənilərin Xankəndi aeroportunu işə salmaları qanunsuzdur və bu adım Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə böyük zərbə vurur.