Azərbaycan Ordusunun əsgəri ilana atəş açan zaman öz ayağını yaralayıb
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Bakı ətrafındakı hərbi hissələrindən birində qeydə alınıb.
Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Elməddin Hüseynov postda olarkən ona yaxınlaşan ilana tabeliyindəki avtomat silahdan bir neçə dəfə atəş açıb.
Nəticədə güllələrdən biri onun öz ayağına dəyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, E.Hüseynov Samux rayonundan həqiqi hərbi xidmətə çağırılıb.