Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ermənistan "Avropa Siyasi Birliyi" sammitinin Azərbaycanda keçirilməsini dəstəkləyir
Ermənistanın baş naziri Nikol Paşinyan "Avropa Siyasi Birliyi"nin 2028-ci il Zirvə toplantısının Azərbaycanda keçirilməsini dəstəklədiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bunu baş nazir "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib:
"Mən "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarı alqışlayıram. Qeyd etmək vacibdir ki, Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyib", - Paşinyan yazıb.
Xatırladaq ki, bu gün Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta "X" sosial şəbəkəsindəki səhifəsində 2026-cı ildə "Avropa Siyasi Birliyi"nin sammitinin Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyini bildirib.

"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Koçaryan Paşinyan və Simonyanı məhkəməyə verdi
- Paşinyan: "İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır"
- Paşinyan: "Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil"
- KİV: Paşinyan Türkiyəyə gedir
- Paşinyan kilsə ilə qarşıdurmalarda Azərbaycan izi axtaranlara səsləndi