Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan KTMT-yə ödənişlərdən İMTİNA ETDİ
Ermənistan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) büdcəsinə illik ödənişlərlə bağlı ölkənin mövqeyini şərh edib.
Oxu.Az-ın məlumatına görə, nazirlik erməni KİV-lərinin rəsmi sorğusuna cavab olaraq İrəvanın müvafiq sənədi imzalamama qərarı barədə təşkilatın katibliyinə məlumat verdiyini təsdiqləyib.
"Ermənistan tərəfi KTMT katibliyinə rəsmi olaraq "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamaqdan və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina etdiyi barədə məlumat verib", - deyə XİN-dən bildirilib.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bəyan etmişdi ki, əgər Ermənistan 2025-ci ilin sonuna qədər ödənişi etməsə, KTMT üzv dövlətləri vəziyyətin inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirə bilərlər.
Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə ölkənin KTMT fəaliyyətində iştirakını dayandırdığını bəyan etmişdi. O, sentyabrda təşkilatı Ermənistan üçün "təhlükəsizlik təhdidi" kimi xarakterizə etmiş və onunla münasibətlərdə geri dönüş nöqtəsinin artıq keçildiyini bildirmişdi.
"Ermənistanın KTMT-dən çıxması" teqi üzrə xəbərlər
- Peskov: "Putin və Paşinyan Ermənistanın KTMT-də iştirakının bərpasını müzakirə etməyiblər"
- Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənədlərin daxil olub-olmaması məsələsinə aydınlıq gətirilib
- Rusiya Federasiya Şurasından Paşinyanın KTMT ilə bağlı bəyanatına cavab
- Rusiya Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir
- Kremldən Paşinyanın KTMT haqqında bəyanatlarına cavab