Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan Prezidenti Qarabağdan danışdı
Ermənistan və Azərbaycan Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş tək doğru yanaşmanın – müzakirələrin gerçək bir nəticəyə gəlməsi üçün səy göstərməlidir.
Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstanın “Starvision” kanalına verdiyi müsahibədə deyib.
O bildirib ki, Dağlıq Qarabağ problemi Ermənistan və Azərbaycan arasındakı münaqişənin sərhədlərini aşa bilər.
“Cənubi Qafqazda silah həddindən artıq çoxdur. Qarabağ məsələsi təkcə Ermənistan və Azərbaycan üçün deyil, bütün bölgə üçün önəmlidir. Bu problemin həlli fərqli yollarla edilə bilər. Amma mənə elə gəlir ki, gerçək olan tək bir yol var”, - deyə Armen söyləyib.