Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ermənistan Rusiyanı seçdi
Ermənistan Gömrük İttifaqına daxil olmaq və gələcəkdə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etmək niyyətindədir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya və Ermənistan dövlət başçıları Vladimir Putin və Serj Sarkisyan arasında Moskvada keçirilmiş danışıqların nəticələrinə dair birgə bəyanatında deyilir.
Kremlin açıqlamasında qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidentinin bu qərarını dəstəkləyib və bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.
“Sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmağı qərara aldığını bəyan edib və bu məqsədlə əməli addımlar atmağa, gələcəkdə isə Avrasiya İqtisadi Birliyinin formalaşmasında iştirak etməyə hazır olduğunu bildirib”, deyə açıqlamada deyilir.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda yüksəkvəzifəli şəxsin ərinin qazdoldurma məntəqəsində atışma olub
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi