Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistan və Azərbaycan sərhədçiləri arasında mübahisə olub?
"Tavuş rayonunun Kirants kəndində yeni yolun çəkilməsi prosesində Ermənistan və Azərbaycan sərhədçiləri arasında mübahisə olmayıb".
Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq bildirib.
"Kirants kəndində yeni yol marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Azərbaycan sərhədçiləri arasında mübahisə yaranmayıb. MTX-də Kirants kəndi ətrafında delimitasiyadan sonra yeni yolun çəkilməsi ilə Azərbaycanın razılaşmaması barədə məlumat yoxdur", - deyə məlumatda vurğulanıb.
Öz növbəsində, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi agentliyin sorğusuna cavab olaraq bildirib ki, yeni yolun tikintisi delimitasiya işlərindən sonra başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Kirants kəndində yeni sərhədin çəkilməsi ilə bağlı Ermənistan və Azərbaycan sərhədçiləri arasında dəfələrlə mübahisələrin yarandığı barədə məlumatlar yayılıb.
Xatırladaq ki, mayın 15-də Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın baş nazir müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 9-cu görüşü keçirilib.
Görüş zamanı tərəflər Bağanis Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrimli (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında bilavasitə sərhəd xəttinin hissələrinin təsvir protokolunu razılaşdırıblar.
"Azərbaycan və Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Azərbaycana hücuma hazırlaşır: Paşinyan "kiçik uğurlu müharibə" planlaşdırır
- Rusiya Azərbaycan və Ermənistan parlament sədrləri üçün platforma təqdim etməyə hazırdır
- Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı Azərbaycana təklif göndərib
- Zaxarova: "Qərbin təzyiqi ilə İrəvan bütün üçtərəfli formatlarda iştirakını dayandırıb"
- Ermənistan: Sülh pərdəsi altında hərbiləşmə