Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistanda 2025-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 20% artırılıb
Ermənistan parlamenti növbəti il üçün dövlət büdcəsini təsdiqləyib və müdafiə xərcləri 20% artaraq 665 milyard dram (1.713 milyard dollar) təşkil edəcək.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qanun layihəsini 61 deputat dəstəkləyib, 30 nəfər (əsasən müxalifət nümayəndələri) əleyhinə səs verib, bitərəf qalan olmayıb.
Büdcənin ümumi xərcləri 3.42 trilyon dram (7.8 milyard dollar) təşkil edəcək ki, bu da cari ilin səviyyəsindən 13% çoxdur.
Daxili İşlər Nazirliyinin xərcləri 15% artaraq 105 milyard drama (270 milyon dollar), Maliyyə Nazirliyinin xərcləri isə 13% artaraq 399.4 milyard drama (1.029 milyard dollar) çatacaq.
Büdcənin bəzi maddələri azaldılacaq. Belə ki, səhiyyə xərcləri universal tibbi sığorta çərçivəsində bir sıra proqramların başa çatması səbəbindən 3% azalaraq 163 milyard drama (420 milyon dollar) düşəcək.
2025-ci ilin sonuna dövlət borcunun proqnozlaşdırılan həcmi 877 milyard dram artaraq təxminən 6 trilyon drama (təxminən 14 milyard dollar) çatacaq. ÜDM-ə nisbətdə dövlət borcu 49.8%-dən 53.5%-ə yüksələcək. Borcun xidmət xərcləri 14% artaraq 394.1 milyard drama (1.015 milyard dollar) çatacaq.
Büdcə gəlirləri 2.87 trilyon dram (təxminən 7.4 milyard dollar) səviyyəsində planlaşdırılıb. Bu, 2024-cü ilin gözlənilən göstəricisindən 11% çoxdur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Aİİ sammitinin İrəvanda keçirilməsini yersiz hesab edib
- Ermənistanın KTMT-dən çıxması ilə bağlı sənədlərin daxil olub-olmaması məsələsinə aydınlıq gətirilib
- Paşinyan: "Ermənistan və KTMT arasında münasibətlər geridönüş nöqtəsini keçib"
- Zaxarova: "Ermənistanın Roma Statutunda iştirakı Rusiya ilə münasibətlərinə zərər verir"
- Ermənistanda zəlzələ baş verib