ADA Universiteti apreldə Azərbaycanda "Yeni dünya nizamı qarşısında" mövzusunda VII siyasi forum təşkil edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Euronews"un reportajında deyilir.
Bildirilib ki, Bakı və Xankəndidə keçirilən tədbir Xankəndidəki Qarabağ Universitetində keçirilən ilk beynəlxalq forumdur.
"Müzakirələr beynəlxalq qarşılıqlı əlaqələrdə və regional sabitliyin təmin edilməsində Qlobal Cənubun artan roluna həsr olunub. Forum iştirakçıları mürəkkəb geosiyasi dəyişikliklər dövründə açıq dialoq və çoxqütblü əməkdaşlığın vacibliyini vurğulayıblar", - deyə materialda qeyd edilib.
Ətraflı süjetdə: