Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Facebook" erməni terrorçu Melkonyanla bağlı QADAĞANI GÖTÜRDÜ
"Facebook" sosial şəbəkəsi əli azərbaycanlıların qanına bulaşmış erməni terrorçu, ASALA terror təşkilatının ASALA-RM qanadının qurucusu Monte Melkonyanın şəkillərini paylaşan profil və qrupları bloklamağı dayandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə erməni IT mütəxəssisi Samvel Ayrapetyan sosial media hesabından xəbər verib.
Onun sözlərinə görə, son illərdə "Facebook" onun fotolarını yerləşdirən istifadəçilərin profillərinə və səhifələrə girişə məhdudiyyətlər qoymuşdu. Bloklama adətən Azərbaycan istifadəçilərinin çoxsaylı şikayətlərindən sonra baş verirdi.
Ayrapetyan deyib ki, hazırda vəziyyət dəyişib: "Səhifələr artıq bloklanmır, şəkillərin özləri silindiyi təqdirdə isə sosial şəbəkə administrasiyası əks şikayətlər təqdim edildikdən sonra çox vaxt onları bərpa edir".
Qeyd edək ki, Melkonyan Birinci Qarabağ müharibəsində də terror əməllərinə davam edib, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində aktiv iştirak edib.