Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fazil Mustafadan etiraz: Bakı məhəllələr şəhərinə dönüb
Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir.
Oxu.Az xəbər verir ki, bu təkliflə parlamentdə Vergi Məcəlləsinin müzakirəsində deputat Fazil Mustafa çıxış edib.
Millət vəkili qeyd edib ki, artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir:
“Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və sairə məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir.
Həmçinin bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da iki faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"