Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri başlayıb.
Oxu.Az-ın xəbərinə görə, səfər çərçivəsində F.Moqerininin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaq.
F.Moqerininin, həmçinin Azərbaycanda səfərdə olan Avropa Komissiyasının enerji məslələri üzrə vitse-prezidenti Maroş Şevçoviçlə birgə “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclasında iştirak edəcəyi gözlənilir.