Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fərhad Əliyev, Əli İnsanov, İlqar Məmmədov və Tofiq Yaqublu əfv oluna bilər
Seçki prosesinə görə əfvlə bağlı məsələlər təxirə düşmüşdü. Seçkilərin nəticələri dəqiq bilinəndən sonra, ölkə başçısı yəqin ki, əfv sərəncamı verəcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O qeyd edib ki, Qurban bayramı ərəfəsində əfv ola bilər.
“Qurban bayramında olmasa da, dekabra qədər bu məsələ həllini tapacaq. Biz prezidentə təqdim etdiyimiz siyahıda Fərhad Əliyev, Rafiq Əliyev, Əli İnsanov, məhkəmələri bitməyən “Nida”çılar, İlqar Məmmədov, Tofiq Yaqublunun da adını salmışıq.
Humanist addım prezidentin əlindədir. Biz onların hamısının azad ediləcəyini gözləyirik” - deyə N.Cəfəroğlu bildirib.