Səyahəti sevən modelyer Fəxriyyə Xələfova əcnəbi uşaqlarla şəkillər çəkdirib, onları kolleksiya kimi yığır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, F.Xələfova bununla bağlı layihə hazırlayacağını bildirib:
“Səyahəti sevirəm, dünyanın bir çox yerlərini gəzmişəm. Hər ölkədən olan uşaqlarla şəkil çəkdirməyi xoşlayıram. Evimdə bu fotolardan ibarət kolleksiyam var. Onlardan layihə hazırlayacam. Dünyanı dolaşmaq hobbimdir. Getdiyim hər ölkənin tarixi ilə maraqlanır, fərqli məkanlarını gəzirəm. Çalışıram, ölkələrlə bağlı maraqlı məlumatlar toplayım”.