"Rəqəmsal platformalar üzərində yayılan dezinformasiyalar ictimai rəyi çaşdıra bilər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə heyətinin sədri Fərid Zeynalov IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: mövcud çağırışlar və əsas həll yolları" mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu da özlüyündə risklər yarada bilər:
"Bu texnologiyaların inkişafı ilə bağlı yeni çağırışlar mövcuddur. İndiki dövrdə artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, eyni zamanda dövlətlərin milli təhlükəsizlik komponenti, ictimai sabitliyin, ictimai inkişafın ayrılmaz hissəsinə çevrilib. Uşaqlar, yeniyetmələr sosial şəbəkələrdə təhlükələrlə üzləşə bilərlər. Nəzarətsiz istifadə hallarında istifadə halları rəqəmsal platformalardan asılılıq yarada bilər. Problemin həlli tək dövlətin yox, ailə, təhsil müəssisələri, cəmiyyətin məsuliyyətidir".
O məlumat verib ki, bu gün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların sosial şəbəkələrdə təhlükələrdən qorunması üçün tədbirlər görülür:
"Azərbaycanda uşaqların sosial şəbəkədən istifadəsinə məhdudiyyət tətbiq olunması ilə bağlı qanun layihəsi cəmiyyət üçün də prioritet təşkil edir".